Bakı. Trend:
Dərnəgül dayanacağından qatarla birbaşa rayonlara getmək mümkün olacaq.
Bu barədə Trend-ə “Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.
Qeyd edək ki, Abşeron dairəvi marşrutu üzrə Dərnəgül dayanacağı aprelin 8-də istifadəyə verilib. İlkin mərhələdə dayanacaqda illik 200 min sərnişinə xidmət göstərilməsi, 2030-cu ilədək isə bu göstəricinin 500 minə çatdırılması proqnozlaşdırılır.
