Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasının xarici ticarət dövriyyəsi 47,119 milyon ABŞ dolları təşkil edib.
Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 18,4% çoxdur.
Hesabat dövründə muxtar respublika üzrə 4,516 milyon ABŞ dolları dəyərində ixrac, 42,603 milyon ABŞ dolları məbləğində isə idxal əməliyyatları həyata keçirilib.
Bu göstəricilər 2025-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 35,5% və 16,9% artıb.
