Argentinanın Səhiyyə Nazirliyi hantavirusla bağlı rəsmi açıqlama verib

Dünya xəbərləri Materials 13 May 2026 15:30 (UTC +04:00)
Argentinanın Səhiyyə Nazirliyi hantavirusla bağlı rəsmi açıqlama verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Argentina hökuməti hazırda hantavirus yayılmasının mənbəyini təsdiqləyə bilmir.

Trend xarici mediaya istinadla xəbər verir ki, bu barədə Argentina Səhiyyə Nazirliyi həftəlik epidemioloji hesabatında qeyd edilib.

“Malbran İnstitutu (ANLIS) kruiz gəmisindən götürülən virus ardıcıllığının 2018-ci ildə Neuquendə aşkarlanan ştammlara çox yaxın olduğunu müəyyən etsə də, hazırkı mərhələdə yayılmanın mənbəyi təsdiqlənə bilmir, çünki sıfır xəstə (ilk yoluxma halı) ehtimal olunan yoluxma dövründə Andes ştammının endemik olduğu ərazilərə səfər etməyib”,-deyə hökumətin açıqlamasında bildirilib.

Argentina ərazisində beynəlxalq tərəfdaşların koordinasiyası ilə epidemioloji araşdırmalar davam etdirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti