Avropanın tanınmış klubu "Sabah"ın futbolçusunu transfer etmək istəyir

İdman Materials 13 May 2026 19:42 (UTC +04:00)
Avropanın tanınmış klubu "Sabah"ın futbolçusunu transfer etmək istəyir
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

"Sabah"ın futbolçusu Aron Maluda karyerasını Avropanın məşhur klubunda davam etdirə bilər.

Trend xəbər verir ki, "Celtik" fransalı vingeri transfer etmək istəyir.

Xəbərdə qeyd olunub ki, Şotlandiya nəhəngi Maluda ilə əlaqə saxlayıb və ona klubun layihəsi barədə məlumat verib.

"Seltik"in 20 yaşlı ön xətt oyunçusu üçün Azərbaycan klubu ilə danışıqlara başlayacağı bildirilir.

Qeyd edək ki, "Sabah" Aron Maludanı 2025-ci ilin sentyabr ayında "Lill"dən transfer edib və daha sonra futbolçunun transfer hüquqlarına yiyələnib.FFransa U-19 millisinin sabiq üzvü Masazır təmsilçisinin heyətində meydana çıxdığı 27 rəsmi matçda 8 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti