Rəqəmsallaşma yeni imkanlarla yanaşı, qeyri-bərabərlik də yarada bilər - Asadullo Zikrikhudiyev

Cəmiyyət Materials 13 May 2026 15:38 (UTC +04:00)
Rəqəmsallaşma yeni imkanlarla yanaşı, qeyri-bərabərlik də yarada bilər - Asadullo Zikrikhudiyev
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Fiziki məhdudiyyətləri olan şəxslər bəzi məlumatlara çıxış əldə edə bilmir, onlayn randevu ala, rəqəmsal nəqliyyat sistemindən və süni intellekt texnologiyalarından lazımi səviyyədə yararlana bilmirlər.

Trend xəbər verir ki, bunu Tacikistanın Əlilliyi olan Şəxslərin Milli Komitəsinin rəhbəri Asadullo Zikrikhudiyev “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbir çərçivəsində təşkil edilən "Dayanıqlı və inklüziv cəmiyyətə doğru: hüquqi və institusional mexanizmlər" mövzusunda panel müzakirəsində çıxışında bildirib.

Onun sözlərinə görə, nəticədə həmin şəxslər sosial və iqtisadi həyatdan təcrid olunurlar:

"Fiziki əlçatanlıq necə vacibdirsə, XXI əsrdə rəqəmsal əlçatanlıq da bir o qədər əhəmiyyət daşıyır, hətta bəzi hallarda fiziki əlçatanlığa yaxın anlayış kimi çıxış edir. Təhsildə, siyasi proseslərdə iştirakda və digər bütün sahələrdə rəqəmsal inklüzivlik əsas prinsiplərdən biri olmalıdır. Rəqəmsal inklüzivlik dövlət siyasətinin tamhüquqlu tərkib hissəsinə çevrilməlidir. Hazırda süni intellekt məhdudiyyətləri olan insanlar üçün yeni imkanlar yaradır, onların informasiya əldə etməsini, ünsiyyətini, təhsilini və gündəlik həyatını daha əlçatan edir".

O qeyd edib ki, rəqəmsallaşma yeni imkanlarla yanaşı, qeyri-bərabərlik də yarada bilər:

"Əgər dövlət xidmətləri tam şəkildə onlayn formata keçərsə və hər kəs bu xidmətlərdən bərabər şəkildə yararlana bilməzsə, cəmiyyətin bir hissəsi ayrı-seçkiliyə məruz qalacaq. Məhdudiyyətləri olan insanlar yalnız texnologiyaların istifadəçiləri deyil, həm də qərar qəbul edənlər, mütəxəssislər və yenilik yaradan fərdlər kimi iştirak edirlər. Onların iştirakı inklüziv və hər kəs üçün əlçatan həllərin formalaşmasına kömək edir. Ölkəmizdə rəqəmsal transformasiya istiqamətində mühüm addımlar atılır. Elektron hökumət xidmətləri, onlayn təhsil, mobil xidmətlər və rəqəmsal platformalar bu sahədə vacib inkişaf nümunələridir. Lakin imkanları məhdud insanlar üçün xüsusi qayğı və rəqəmsal əlçatanlığın təmin olunması hələ də əsas məsələlərdən biri olaraq qalır".

Xəbər lenti

Xəbər lenti