Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın Çinə iki günlük rəsmi səfəri başlayıb. Ağ Ev rəhbəri və onun nümayəndə heyətini daşıyan təyyarə artıq Pekin beynəlxalq hava limanına enib.
Trend bu barədə xarici mediaya istinadən xəbər verir.
Görüşdə Trampın Çin Xalq Respublikasının sədri Si Cinpinlə görüşərək müxtəlif məsələləri o cümlədən qarşılıqlı tətbiq olunan gömrük rüsumlarını, İran müharibəsini, Hörmüz boğazının bağlanması ilə əlaqədar yaranmış qlobal enerji böhranını müzakirə edəcəyi gözlənilir.
Qeyd edək ki, Tramp bundan əvvəl 2017-ci ildə Çinə səfər edib.
