Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi (VİDEO)

Siyasət Materials 13 May 2026 16:57 (UTC +04:00)
Azərbaycanın yolunu kəsmək istəyənlərin "U" DÖNÜŞÜ - Prezident İlham Əliyev onlara siyasi dərs keçdi (VİDEO)

Bakı.Trend:

AzTV-də yayımlanan “Həftə” analitik-informasiya proqramında Rövşən Məmmədov regional sülh prosesi ilə bağlı fikirlərini bölüşüb.

O bildirib ki, bu gün həm beynəlxalq arenada, həm də Ermənistanda sülh və əməkdaşlıqla bağlı səsləndirilən fikirlərin formalaşması təsadüfi deyil:

“Bu gün hər kəs sülhdən danışır, Azərbaycan-Ermənistan əməkdaşlığından bəhs edir. Hətta Ermənistanın Baş naziri Nikol Paşinyan gələcək beynəlxalq platformalarda iştirak etmək arzusunu dilə gətirir. Lakin sual yaranır: bu reallıq necə formalaşdı?

Cəmi beş il əvvəl region tamamilə fərqli mənzərədə idi. Bu gün müşahidə olunan sülh gündəmi Azərbaycanın yaratdığı yeni geosiyasi reallıqlar nəticəsində mümkün olub.

Regional sabitlik və sülh üçün əsas zəmin Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində formalaşıb. Buna görə də yaranmış vəziyyəti ümumiləşdirərək təqdim etmək düzgün deyil.

Bu gün regionda sülh və əməkdaşlıq imkanlarından danışan tərəflər, ilk növbədə, bu şəraitin yaranmasında Azərbaycanın rolunu obyektiv şəkildə qiymətləndirməlidirlər.”

Rövşən Məmmədov vurğulayıb ki, bölgədə mövcud olan yeni siyasi şərait Azərbaycan tərəfindən yaradılan strateji reallıqların nəticəsidir.

Linkə keçid edərək videomaterialı izləyə bilərsiniz: https://youtu.be/zDTbDnS1sTw?si=CXxhkyDZCyw4AV5J

Xəbər lenti

Xəbər lenti