Bakı. Trend:
Azərbaycan və Özbəkistan Mərkəzi Bankları arasında pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə olunub.
Trend bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Belə ki, Mərkəzi Bankın nümayəndə heyəti Özbəkistan Mərkəzi Bankında işgüzar səfərdə olub.
Səfər çərçivəsində keçirilən görüşlərdə pul siyasətinin strateji və əməliyyat çərçivələri, qərar qəbuletmə prosesi, həmçinin pul siyasətinin kommunikasiyası üzrə təcrübə mübadiləsi aparılıb. Eyni zamanda yeni çağırışlara uyğun olaraq pul siyasəti çərçivəsinin daha da təkmilləşdirilməsi istiqamətləri müzakirə olunub.
Görüşlərdə həmçinin analitik potensialın gücləndirilməsi üçün görüləcək işlər və gələcəkdə əməkdaşlığın davam etdirilməsi istiqamətləri üzrə təkliflər səsləndirilib.
