İşğaldan azad edilmiş ərazilərdə gələcəyin inklüziv yaşayış modeli formalaşır - Aygün Əliyeva

Cəmiyyət Materials 13 May 2026 14:57 (UTC +04:00)
İşğaldan azad edilmiş ərazilərdə gələcəyin inklüziv yaşayış modeli formalaşır - Aygün Əliyeva
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda, xüsusilə işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı yenidənqurma işləri müasir və dayanıqlı şəhərsalma nümunəsi kimi diqqət çəkir. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları əsasında qurulan yaşayış məntəqələri gələcəyin inklüziv yaşayış modelini formalaşdırır.

Trend xəbər verir ki, bunu Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin İdarə Heyətinin sədri, WUF13 Təşkilat Komitəsinin üzvü Aygün Əliyeva “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, bu baxımdan Ağalı kəndi xüsusi qeyd olunmalıdır:

"Ağalı kəndində tətbiq olunan “ağıllı kənd” modeli müasir texnologiyalar, ekoloji yanaşma və rahat yaşayış prinsipləri ilə yanaşı, insanların təhlükəsiz, əlçatan və keyfiyyətli mühitdə yaşamasını hədəfləyir. Bu layihələr göstərir ki, Azərbaycan azad edilmiş torpaqlarda yalnız yenidən quruculuq deyil, həm də yeni və müasir urban inkişaf modeli yaradır.

Bu prosesdə vətəndaş cəmiyyəti institutlarının rolu da mühümdür. Bu baxımdan bugünkü tədbirin təşkilatçıları olan Azərbaycan Əlilliyi olan Şəxslərin Təşkilatları İttifaqı və Vətəndaşların Sosial Rifahı Naminə İctimai Birliyi xüsusi təşəkkürə layiqdirlər. Bu gün burada müxtəlif ölkələrdən olan ekspertlərin iştirakı da göstərir ki, inklüziv şəhərlər artıq lokal deyil, qlobal çağırışdır".

"İndi WUF13 çərçivəsində bu baxımdan geniş imkanlar olacaq. Onu da bildirim ki, mayın 16-da Türk dövlətlərinə üzv ölkələrin İkinci Həmrəylik Formu keçiriləcək. Mayın 19-da isə indiyədək keçirilən WUF-ların tarixində ilk dəfə olaraq, WUF13 QHT formu keçiriləcək. Forumda 100-dən artıq ölkədən QHT təşkilatları iştirak edəcək", - o əlavə edib.

O qeyd edib ki, Azərbaycan bu il dünyanın ən nüfuzlu urban inkişaf platformalarından biri olan WUF13 – Ümumdünya Şəhərsalma Forumuna ev sahibliyi edir. Bu, ölkənin dayanıqlı şəhər inkişafı, inklüzivlik və insan mərkəzli yanaşma istiqamətində qlobal dialoqa verdiyi töhfənin göstəricisidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti