Naxçıvanda sənaye istehsalı 14%-ə yaxın artıb

İqtisadiyyat Materials 13 May 2026 13:46 (UTC +04:00)
Naxçıvanda sənaye istehsalı 14%-ə yaxın artıb
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında 178,271 milyon manat dəyərində sənaye məhsulu istehsal edilib.

Bu barədə Trend Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 13,9% çoxdur.

Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycandakı sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar 21 milyard 120,4 milyon manat dəyərində çox sənaye məhsulu istehsal edib.

Məlumata əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 0,3% çoxdur.

Dövr ərzində qeyri-neft-qaz sənayesi istehsalının dəyəri isə 7 milyard 92,2 milyon manata bərabər olub. Bu isə əvvəlki ilin eyni dövrünə nisbətən 7,2% artım deməkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti