Bakı. Trend:
Bu ilin yanvar-aprel aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 9,3% artıb.
Trend bu barədə Naxçıvanın Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xatırladaq ki, bu ilin yanvar - mart aylarında Naxçıvan Muxtar Respublikasında istehlak qiymətləri indeksi 2025-ci ilin müvafiq dövrünə nisbətən 9,5% təşkil etmişdi.
Qeyd edək ki, bu ilin yanvar-aprel aylarında Azərbaycanda istehlak qiymətləri indeksi ötən ilin eyni dövrü ilə müqayisədə 5,6% artıb.
Bu ilin yanvar - mart aylarında ölkədə istehlak qiymətləri indeksi isə 2025-ci ilin müvafiq dövrünə nisbətən 5,7% təşkil etmişdi.
