WUF platformasında şəhərlərlə bağlı konkret qərarlar qəbul ediləcək - İqor Qarafuliç

Cəmiyyət Materials 13 May 2026 14:40 (UTC +04:00)
WUF platformasında şəhərlərlə bağlı konkret qərarlar qəbul ediləcək - İqor Qarafuliç
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

WUF platformasında şəhərlərimizin daha əlverişli və uyğun olması üçün konkret qərarlar qəbul ediləcək.

Trend xəbər verir ki, bunu BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” adlı tədbirdə çıxışında bildirib.

Onun sözlərinə görə, BMT də prosesə, inklüzivliyə böyük dəstək verəcək və imkanların hər kəs üçün bərabər olması prinsipini daim dəstəkləyəcək.

"Şəhərlər artıq təkcə iqtisadi mərkəzlər kimi deyil, həm də sosial həyatın əsas hissəsi kimi formalaşır. Xüsusilə imkanları məhdud şəxslər üçün cəmiyyətdə bərabər imkanların təmin olunması böyük əhəmiyyət daşıyır. BMT-nin konvensiyalarında da qeyd olunduğu kimi, bütün vətəndaşlar sosial, iqtisadi və mədəni həyatda fəal iştirak etməlidirlər. Bakıda bu istiqamətdə çox gözəl imkanlar mövcuddur və bütün bu imkanlar daha inklüziv hala gətirilməlidir. Gənclər, yaşlılar, miqrantlar - hər kəs bir araya gələrək mövcud baryerlərin aradan qaldırılması üçün çalışmalıdır", - BMT rəsmisi bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti