Beynəlxalq axtarışda olan şəxs Hindistana təhvil verilib

Cəmiyyət Materials 13 May 2026 18:22 (UTC +04:00)
Beynəlxalq axtarışda olan şəxs Hindistana təhvil verilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Cinayətkarlığa qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilərək beynəlxalq axtarıça verilmiş Hindistan vətəndaşı ölkəsinə təhvil verilib.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Hindistan Respublikasının hüquq mühafizə orqanları tərəfindən 354 kiloqram narkotik vasitə heroinin qanunsuz dövriyyəsini təşkil etməkdə təqsirləndirilərək beynəlxalq axtarışa elan edilmiş, 1993-cü il təvəllüdlü, Hindistan Respublikasının vətəndaşı Singh Prabhdeep Gurraj-ın verilməsinə dair həmin ölkənin səlahiyyətli orqanlarının vəsatəti baxılması üçün Baş Prokurorluq tərəfindən Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Belə ki, qeyd olunan şəxs ölkəmizdə müəyyən edilərək barəsində həbs qətimkan tədbiri seçilib.

“Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” 04.04.2013-cü il tarixli Müqaviləyə əsasən Singh Prabhdeep Gurraj haqqında qərar qəbul edilərək Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə sorğu edən dövlətin səlahiyyətli orqanlarına təhvil verilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti