Səudiyyə Ərəbistanının neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşüb

Dünya xəbərləri Materials 14 May 2026 01:54 (UTC +04:00)
Səudiyyə Ərəbistanının neft hasilatı son 36 ilin ən aşağı səviyyəsinə düşüb

Bakı. Trend:

Səudiyyə Ərəbistanının xam neft hasilatı aprel ayında 1990-cı ildən bəri ən aşağı səviyyəyə düşüb.

Trend xəbər verir ki, buna Yaxın Şərqdəki münaqişə fonunda Körfəzdən ixracatda yaranan fasilələr səbəb olub.

OPEC-in aylıq hesabatına görə, Səudiyyə Ərəbistanının neft hasilatı apreldə daha 651 min barel azalaraq gündə 6 milyon 316 milyon barelə enib. Bu, fevral ayından bəri 42 faiz itki, eyni zamanda, 36 il əvvəlki Körfəz müharibəsindən bəri ən aşağı səviyyə deməkdir.

Qeyd edək ki, OPEC aylıq hesabatında cari il üzrə qlobal neft tələbatının artım proqnozunu gündəlik 1,2 milyon barelə endirib, Beynəlxalq Enerji Agentliyi isə bu il qlobal tələbatın gündəlik 420 min barel azalacağını proqnozlaşdırıb.

Xəbər lenti

Xəbər lenti