Mayis Musayev vəzifəsindən ayrıldı

Cəmiyyət Materials 14 May 2026 14:46 (UTC +04:00)
Mayis Musayev vəzifəsindən ayrıldı
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Mayis Musayev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Strateji kommunikasiya departamentinin direktoru vəzifəsindən ayrılıb.

Trend xəbər verir ki, bu barədə o, öz sosial şəbəkə hesabında paylaşım edib.

“Dövlət Məşğulluq Agentliyindəki fəaliyyətim bu gün etibarilə yekunlaşdı.

​Vətəndaşlarımızın məşğulluğunun təmin edilməsi kimi strateji və məsuliyyətli bir missiyanın parçası olmaq mənim üçün sadəcə bir iş deyil, böyük bir qürur və şərəf idi. Bu müddət ərzində dövlətə və vətəndaşa xidmət etməyin məsuliyyətini və gözəlliyini dərindən hiss etdim.

​Xüsusilə Kommunikasiya departamentindəki peşəkar komandama, hər bir həmkarıma göstərdikləri dəstək, paylaşılan bilik və birgə imza atdığımız uğurlu layihələr üçün sonsuz təşəkkürlərimi bildirirəm.

​Bu müddət ərzində əməkdaşlıq etdiyimiz bütün tərəfdaşlara, mediadakı dostlarımıza təşəkkür edirəm.

Məkanlar və vəzifələr fərqli olsa da, dövlətimizə və vətəndaşımıza xidmət missiyası ömürlükdür. İndi isə yeni hədəflərə və yeni çağırışlara doğru irəliləmək zamanıdır!”,- deyə paylaşımda qeyd edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti