Bakı. Trend:
Gələcək həyatınızda, qurduğunuz ailələrdə Azərbaycan ruhunu qoruyun, saxlayın.
Trend xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov İlahiyyat İnstitutunda keçirilən “Ailə dəyərləri” mövzusunda açıq dərsdə deyib.
Komitə sədrinin sözlərinə görə, müşahidələr onu göstərir ki, Azərbaycan ailələri müxtəlif ölkələrdə mövcud olan ailə modellərinə bənzəməyə başlayıb:
“Boşanmaların sayının artmasına səbəb nə iqtisadi çətinliklər, nə ailə davranışı, nə rəqəmsal texnologiyaların istifadəsi deyil. Bizə uyğun olmayan, Azərbaycan mühitinə xas olmayan yad elementləri ailələrimizə daxil etməklə ailə modelini dəyişməyə, ailə modelinin deqradasiyasına gətirib çıxarmışıq”.
