Hər il Azərbaycanda 4000-ə yaxın tələbə İT sahəsi ilə bağlı ixtisaslardan məzun olur - Nazir

Cəmiyyət Materials 14 May 2026 10:50 (UTC +04:00)
Hər il Azərbaycanda 4000-ə yaxın tələbə İT sahəsi ilə bağlı ixtisaslardan məzun olur - Nazir
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Hər il Azərbaycanda 4000-ə yaxın tələbə İT sahəsi ilə bağlı ixtisaslardan məzun olur.

Trend xəbər verir ki, bunu Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev AZCON School of Engineering and Technology” (AZSET) proqramının təqdimat mərasimində çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, araşdırmalar isə bu sahədə kəmiyyətlə keyfiyyətin üst-üstə düşmədiyini göstərir:

"Biz Elm və Təhsil Nazirliyi, nazirliklərin əməkdaşlarının, ekspertlərin iştirakı ilə birlikdə süni intellektin, İT ixtisaslarının, bu sahədə təhsilin vəziyyəti ilə bağlı, ən əsası isə bizim işəgötürənlərin universitetlərden gözləntisi ilə bağlı bir araşdırma etdik. Araşdırma göstərir ki, hər il Azərbaycanda 4000-ə yaxın tələbə bu ixtisaslardan məzun olur. İşəgötürənlərələ danışanda isə məlum oldu ki, bu kəmiyyət heç də həmişə keyfiyyətlə üst-üstə düşmür. Biz buradakı təbii səbəbləri qəbul edirik. Yəni, universitetlərin sənaye müəsisələri, şirkətlərlə bir araya gəlmədən, onlardan həmin müəssisə və şirkətlərin tələbinə uyğun kadr yetişdirməsini gözləmək ədalətli olmazdı", - nazir qeyd edib.

R.Nəbiyev bildirib ki,Elm və Təhsil Nazirliyi ilə birgə məktəbdən universitetə, universitetdən isə iş yerinə qədər bütün mərhələləri əhatə edən geniş proqram hazırlanıb və artıq proqramın icrasına başlanılıb.

Onun sözlərinə görə, proqram çərçivəsində kibertəhlükəsizlik, süni intellekt və data elmləri istiqamətində insan potensialının formalaşdırılması nəzərdə tutulur:

"Süni intellektin və rəqəmsal texnologiyaların sürətlə inkişaf etdiyi dövrdə ölkənin gələcəyi gənclərin bilik və bacarıq səviyyəsindən birbaşa asılıdır. Burada toplaşmağımızın əsas məqsədi belə bir bilik və bacarığı formalaşdıracaq tədris və elm ocağının yaradılması ilə bağlı vacib addım atmaqdır. Yaxın zamanda Prezident tərəfindən süni intellekt, kibertəhlükəsizlik, rəqəmsal inkişaf və innovasiya ekosisteminin formalaşdırılması ilə bağlı geniş müşavirə keçirilib və həmin müşavirədən sonra 2026–2028-ci illər üzrə fəaliyyət planı təsdiqlənib. Həmin fəaliyyət planının əsas istiqamətlərindən biri məhz insan potensialının inkişafıdır".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti