Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir - Hikmət Hacıyev

Siyasət Materials 14 May 2026 10:57 (UTC +04:00)
Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir - Hikmət Hacıyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan özünü Qlobal Cənubun bir hissəsi hesab edir.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində Qlobal Cənub QHT Platformasının (GSNP) I Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan coğrafi, tarixi, mədəni və öz taleyi baxımından Qlobal Cənubun bir hissəsidir.

H.Hacıyev qeyd edib ki, Bakı Qlobal Cənub ölkələrinin üzləşdiyi çağırış və çətinlikləri, o cümlədən tarixi irsi tam anlayır, belə ki, Azərbaycan da həm müstəqillik illərində, həm də bütün tarixi boyunca çoxsaylı sınaq və çətinliklərdən keçib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti