Bakı.Trend:
Bu gün Azərbaycanın regional siyasətində əsas prioritet sülh prosesidir.
Trend xəbər verir ki, bu fikirləri “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masada BMTM-in şöbə müdiri Mətin Məmmədli deyib.
Politoloq qeyd edib ki, əsas məqamlardan biri də regionda dayanıqlı sülh üçün əlverişli zəminin yaranmasıdır.
“Xüsusilə Vaşinqton sammitindən sonra sülh prosesində müsbət dinamika müşahidə olunur. Bu dinamika siyasi-diplomatik münasibətlərdə, humanitar sahədə, eləcə də iqtisadi-ticari əlaqələrdə özünü göstərir. Bununla yanaşı, müəyyən risk və təhdidlər də qalmaqdadır. Ermənistanda qarşıdan gələn parlament seçkiləri bu baxımdan xüsusi diqqət mərkəzindədir. Əgər revanşist qüvvələr yenidən üstünlük qazanarsa və hakimiyyətə qayıdarsa, bu, sülh prosesinə ciddi təhdid yarada bilər. Azərbaycan isə bütün ssenarilərə hazırdır. Azərbaycan regionun qalib və ən güclü dövlətidir”.
M.Məmmədli vurğulayıb ki, Azərbaycana qarşı yarana biləcək hər hansı təhdid yerindəcə zərərsizləşdiriləcək və buna adekvat addımlar atılacaq.
