Türkiyə-Ermənistan sərhədi Türkiyənin Azərbaycanla ortaq qərarının nəticəsində açılacaq - Cavid Vəliyev

Siyasət Materials 14 May 2026 10:20 (UTC +04:00)
Türkiyə-Ermənistan sərhədi Türkiyənin Azərbaycanla ortaq qərarının nəticəsində açılacaq - Cavid Vəliyev
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Ermənistanın bundan sonrakı gələcəyi baxımından Türkiyə-Ermənistan sərhədlərinin açılması çox kritik məsələ olaraq qalır.

Trend xəbər verir ki, bu fikirləri “Prezident İlham Əliyevin Zəngilana səfəri zamanı etdiyi çıxış ətrafında müzakirələr” adlı dəyirmi masada Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Cavid Vəliyev deyib.

C.Vəliyev qeyd edib ki, 2022-dən etibarən hər iki tərəfdən - Ermənistan və Türkiyədən nümayəndəliklər təyin olundu. Buna baxmayaq, Türkiyə hələ də sərhədləri açmır.

“Antalya forumunda Prezident Rəcəp Tayyip Ərdoğan da Ermənistanla sərhəd məsələsini Azərbaycanla istişarə edildiyini açıqladı”.

C.Vəliyev qeyd edib ki, həmin sərhəd Türkiyənin Azərbaycanla ortaq qərarının nəticəsində açılacaq.

“Son altı ildir Ermənistandakı revanşist qüvvələrin regionda arzuladıqları geosiyasi reallıq Azərbaycanın lehinə dəyişir”,- deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti