ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq - Tramp

Dünya xəbərləri Materials 14 May 2026 07:36 (UTC +04:00)
ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq - Tramp

Bakı. Trend:

ABŞ-nin və Çinin birlikdə fantastik gələcəyi olacaq.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp Pekində Çin lideri Si Cinpinlə geniş tərkibdə görüş zamanı deyib.

O, Cinpini əla lider adlandırıb. Tramp amerikalı iş adamlarının Çinlə ticarət etməyini və biznes qurmağı səbirsizliklə gözlədiklərini bildirib. “Bunun bəlkə də indiyə qədər ən böyük zirvə görüşü olduğunu deyənlər var. Sizin dostunuz olmaq şərəfdir. Çin və ABŞ arasında münasibətlər hər zamankından daha yaxşı olacaq”, - deyə Tramp əlavə edib.

Xəbər lenti

Xəbər lenti