Bakı. Trend:
110/35/10 kV-luq GİS (qaz izolyasiyalı paylayıcı qurğu) tipli duzsuzlaşdırma yarımstansiyasının tikintisi və onun enerji sisteminə inteqrasiyası, eləcə də Yaşma yarımstansiyasında gücləndirmə və genişləndirmə işləri həyata keçiriləcək.
Trend xəbər verir ki, bu istiqamətdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq hazırlıq işlərinə başlayıb.
Məlumata görə, layihənin icrasını həyata keçirəcək şirkətin seçilməsi üzrə proses davam edir.
Layihə çərçivəsində görüləcək işlərin ümumi dəyəri 48,2 milyon manat həcmində qiymətləndirilir.
