Bakı. Trend:
Xəzər dənizi suyunun duzsuzlaşdırılması zavodunun xarici elektrik təchizatının təmin edilməsi məqsədilə 110 kV-luq elektrik verilişi xəttinin tikintisi və elektrik quraşdırma işləri həyata keçiriləcək.
Trend xəbər verir ki, bu istiqamətdə “AzərEnerji” Açıq Səhmdar Cəmiyyəti (ASC) artıq hazırlıq işlərinə başlayıb.
Məlumata görə, hazırda layihənin icrasını həyata keçirəcək şirkətin seçilməsi prosesi aparılır.
Layihə çərçivəsində görüləcək işlərin ümumi dəyərinin 22,115
milyon manat təşkil edəcəyi proqnozlaşdırılır.
