Paytaxtın Tbilisi prospektində yenilik edildi (FOTO)

Cəmiyyət Materials 14 May 2026 16:52 (UTC +04:00)
Paytaxtın Tbilisi prospektində yenilik edildi (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Paytaxtın bəzi küçə və prospektlərinin kəsişmələrində yeni və yenilənmiş svetoforlar istifadəyə verilib.

Bu barədə Trend-ə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Bildirilib ki, Həsən Əliyev küçəsinin Tbilisi prospekti ilə kəsişməsində ilk dəfə quraşdırılan, həmçinin Şəfayət Mehdiyev küçəsi ilə Tbilisi prospektinin kəsişməsində yenilənən svetoforlar artıq istifadəyə verilib. Görülən işlər nəticəsində nəqliyyat vasitələrinin hərəkət növbəliliyi və piyadaların təhlükəsiz keçidi təmin olunub.

Qeyd edilib ki, layihə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti