“ABB İnvest” istiqrazların mobil tətbiq üzərindən təkrar bazarını inkişaf etdirməyi planlaşdırır

Cəmiyyət Materials 14 May 2026 15:55 (UTC +04:00)
“ABB İnvest” istiqrazların mobil tətbiq üzərindən təkrar bazarını inkişaf etdirməyi planlaşdırır
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

2026-cı il üzrə “ABB İnvest”in bir sıra strateji hədəfləri müəyyənləşdirilib.

Trend xəbər verir ki, bunu “ABB İnvest”in icraçı direktoru Nadir Babazadə şirkətin 2025-ci ilin yekunlarına dair maliyyə göstəricilərinin açıqlanması ilə bağlı keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, həm “ABB İnvest”, həm də Bakı Fond Birjası üçün əsas hədəflərdən biri istiqrazlar üzrə mobil tətbiq vasitəsilə təkrar bazarın formalaşdırılmasıdır.

N.Babazadə bildirib ki, növbəti mərhələdə yeni maliyyə alətlərinin sayının artırılması planlaşdırılır.

O qeyd edib ki, hazırda özəl banklardan birinin IPO prosesi davam edir və abunə yazılışı başa çatdıqdan sonra həmin IPO-nun təkrar bazarda ticarəti “ABB mobile” üzərindən mümkün olacaq.

“Beləliklə, aktiv ticarət olunan səhmlərin sayı 2-yə çatacaq. Məqsədimiz bu sayın gələcəkdə daha da artırılmasıdır”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti