Azərbaycan Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb - UN-Habitat

Siyasət Materials 14 May 2026 18:59 (UTC +04:00)
Azərbaycan Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb - UN-Habitat
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan çoxtərəfli əməkdaşlığın təşviqi və Qoşulmama Hərəkatına sədrliyi sayəsində Qlobal Cənub təşəbbüsləri üçün möhkəm zəmin yaradıb.

Trend xəbər verir ki, bunu BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat- Qana) rəhbər orqanlarının sabiq katibi və hökumətlərarası əlaqələr şöbəsinin rəhbəri Kristian Mensa “Bakı Şəhərsalma həftəsi” çərçivəsində keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasında çıxışı zamanı deyib.

“Azərbaycanın çoxtərəfli əməkdaşlığın təşviqində liderliyi, o cümlədən Qoşulmama Hərəkatına sədrliyi Qlobal Cənub QHT Platforması kimi təşəbbüslər üçün möhkəm zəmin yaradıb”, - deyə o bildirib.

Mensa həmçinin inklüziv beynəlxalq dialoqun təşviqi məqsədilə vətəndaş cəmiyyəti nümayəndələrinin bir araya gətirilməsinin vacibliyini vurğulayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti