Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini ilə görüşüb (FOTO)

Siyasət Materials 14 May 2026 20:15 (UTC +04:00)
Milli Məclisin sədri Sahibə Qafarova Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurasının sədr müavini ilə görüşüb (FOTO)

Bakı. Trend:

Milli Məclisin sədri Sahibə Qafarova İkinci Asiya Qadınlar Forumunda iştirak etmək üçün Özbəkistana işgüzar səfəri çərçivəsində mayın 14-də Buxarada Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) Federal Milli Şurasının sədr müavini Maryam Majid Bin Zeneya ilə görüşüb.

Trend xəbər verir ki, bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.

Söhbət zamanı ölkələrimiz arasında əlaqələrin qardaşlıq, qarşılıqlı hörmət, etimad və dəstək mühitində inkişaf etdiyi qeyd olunub. Tərəflər münasibətlərimizin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsində ölkələrimizin liderlərinin birgə səylərinin, həmçinin yüksək səviyyəli qarşılıqlı səfərlərin xüsusi əhəmiyyətini vurğulayıblar.

Birləşmiş Ərəb Əmirliklərinə səfərlərini xatırlayan Milli Məclisin sədri orada keçirdiyi görüşlər və müzakirə olunan məsələlər barədə təəssüratlarını bölüşüb.

Görüşdə beynəlxalq təşkilatlarda əməkdaşlıq məsələləri barədə də fikirlər ifadə olunub. Qeyd olunub ki, ölkələrimiz BMT, İƏT və Qoşulmama Hərəkatı kimi beynəlxalq və regional təşkilatlar çərçivəsində uğurla əməkdaşlıq edir və qarşılıqlı dəstək nümayiş etdirirlər. Milli Məclisin sədri BƏƏ-nin parlament təmsilçilərinin Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin işində iştirakından məmnunluğunu bildirib. Fikir mübadiləsi zamanı İkinci Asiya Qadınlar Forumunun əhəmiyyəti, burada müzakirə olunan məsələlərin vacibliyi barədə də söhbət açılıb. Qeyd edilib ki, belə parlament platformaları, eyni zamanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə etmək baxımından da mühüm əhəmiyyət kəsb edir.

Görüşdə ölkələrimiz arasında münasibətlərin ruhuna uyğun olaraq, qanunverici orqanlarımız arasında da uğurlu əlaqələrin qurulduğu qeyd olunaraq, vurğulanıb ki, həm qarşılıqlı əsasda, həm də beynəlxalq parlament təşkilatları çərçivəsində əməkdaşlıq bu sahədə müsbət nəticələrin əldə olunmasını şərtləndirib. Söhbətdə qanunverici orqanlarda fəaliyyət göstərən dostluq qruplarının parlamentlərarası əlaqələrin inkişafında əhəmiyyəti diqqətə çatdırılıb.

Fikir mabadiləsi zamanı Azərbaycan Respublikası Milli Məclisi ilə Birləşmiş Ərəb Əmirlikləri Federal Milli Şurası arasında imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti qeyd edilib, bu sənədin tərəflər arasında əməkdaşlığın daha da genişləndirilməsindəki rolu vurğulanıb.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti