“Disney” Rusiya ilə əməkdaşlığı dayandırır

Dünya xəbərləri Materials 14 May 2026 13:50 (UTC +04:00)
“Disney” Rusiya ilə əməkdaşlığı dayandırır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

“Disney” şirkətinin Rusiya video servisləri ilə lisenziya müqavilələrinin müddəti 2026-cı ildə başa çatır.

Trend bu barədə Rusiya mediasına istinadən xəbər verir.

Şirkətin Rusiyadakı franşizası olan “Uolt Disney Kompani” MMC-nin hesabatından məlum olur ki, şirkət yeni sazişlər bağlamaq niyyətində deyil. Beləliklə, studiyanın film və cizgi filmlərinin Rusiyada qanuni nümayişi ilin sonunadək dayandırılacaq.

Studiyanın “Kral Şir”, “Zootopiya” və “Soyuq ürək” kimi əsas hitləri hələ 2023-cü ildə video servislərin arxivlərindən çıxarılıb. Hazırda platformalarda yalnız bəzi köhnə animasiya lentləri qalıb. Məsələn, “Xanım və avara” filmini “Kion” və “İvi” platformalarında, “Piter Pen” və “Dambo”nu isə “Kinopoisk”də izləmək mümkündür. “Okko” platformasında isə Disney məzmunu artıq yoxdur, hüquqların müddəti başa çatıb və uzadılmayıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti