İbrahimoviçə görə "Milan"dan ayrıla bilər

İdman Materials 14 May 2026 20:34 (UTC +04:00)
İbrahimoviçə görə "Milan"dan ayrıla bilər
İnqilab Məmmədov
İnqilab Məmmədov
Bütün xəbərlər

Bakı. Trend:

Massimiliano Alleqri mövsümün sonunda "Milan"dan ayrıla bilər.

Trend xəbər verir ki, italiyalı məşqçi klub rəhbərliyi və məsləhətçi vəzifəsində çalışan Zlatan İbrahimoviçlə problem yaşayır. Bu barədə "Corriere dello Sport" nəşri məlumat yayıb.

58 yaşlı mütəxəssisin İtaliya milli komandasını çalışdırmaq ehtimalı var. Federasiya təcrübəli çalışdırıcı ilə danışıqlara başlamağı planlaşdırır.

Qeyd edək ki, Massimiliano Alleqri mövsümün əvvəlində "Milan"ın baş məşqçisi vəzifəsinə təyin olunub. Onun komandası A Seriyasında 36 turdan sonra 67 xal toplayıb və turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti