Çin yeni raketini uğurla orbitə çıxarıb

Dünya xəbərləri Materials 14 May 2026 21:38 (UTC +04:00)
Çin yeni raketini uğurla orbitə çıxarıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Bu günÇinin “LandSpace” şirkəti Tzüsüan kosmodromundan “Zhuque-2E” raketinin sınaq buraxılışını həyata keçirərək aparatı uğurla orbitə çıxarıb.

Trend xəbər verir ki, bu barədə “China in Space” məlumat yayıb.

Göyərtədə kommersiya peykləri olmayıb - ikinci pillədə təxminən 2800 kiloqram ağırlığında inert sınaq yükü yerləşdirilib. Şirkətdən bildirilib ki, buraxılış 900 km hündürlükdə orbitə faydalı yük çıxarma imkanını və raketin çoxpeykli missiyalara hazırlığını təsdiqləyib.

Uçuşdan əvvəl raket bir sıra modernizasiyalardan keçib. Bunlara yanacaq ehtiyatı artırılmış uzadılmış birinci pillə, ikinci pillənin mühərrikinin təkrar işə salınması üçün yenilənmiş sistem və yeni idarəetmə sistemləri daxildir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti