Azərbaycan millisinin üzvü Avropaya qayıdacaq

İdman Materials 14 May 2026 16:15 (UTC +04:00)
Azərbaycan millisinin üzvü Avropaya qayıdacaq

Bakı. Trend:

Azərbaycan milli komandasının üzvü Rüfət Abdullazadə yayda Xorvatiyaya yollanacaq.

Trend xəbər verir ki, yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu "Varajdin"in düşərgəsində olacaq.

O, Xorvatiya klubunun heyətində yeni mövsümə hazırlaşacaq. Qışda icarə əsasında "Zirə"yə keçmiş Rüfətin bu komandada qalıb-qalmayacağı isə hələ ki dəqiq deyil.

25 yaşlı futbolçunun "Varajdin"lə müqavilə müddəti 2028-ci il iyunun 30-na qədərdir.

Xəbər lenti

Xəbər lenti