Bakı. Trend:
Özbəkistan 2028-ci ilin oktyabrına qədər ilk kosmonavtını kosmosa göndərməyi planlaşdırır.
Trend xəbər verir ki, bu barədə “Uzbekcosmos” agentliyinin direktor müavini Muhiddin İbrahimov məlumat verib.
Onun sözlərinə görə, uçuşun müddəti 14 gün olacaq. Hazırda bu məsələ ilə bağlı ABŞ, Rusiya və Çinlə danışıqlar aparılır.
Direktor müavini bildirib ki, ABŞ və Rusiya Beynəlxalq Kosmik Stansiyaya pilotlu uçuşlar həyata keçirir, Çin isə öz orbital stansiyasına malikdir. O qeyd edib ki, bütün tərəflər Özbəkistanla əməkdaşlığa hazır olduqlarını ifadə ediblər.
