Sabunçuda əməliyyat: avtomat və patronlar aşkarlanıb (FOTO)

Cəmiyyət Materials 14 May 2026 15:02 (UTC +04:00)
Sabunçuda əməliyyat: avtomat və patronlar aşkarlanıb (FOTO)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməkdaşları ilə Daxili İşlər Nazirliyinin müvafiq struktur qurumunun əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində silah-sursat aşkar edilib.

Bu barədə Trend-ə Ədliyyə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əməliyyat tədbiri zamanı məhkum tərəfindən həbs edilməmişdən əvvəl Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Xanlar massivi ərazisində gizlədilmiş 1 ədəd “AKS-74U” markalı avtomat silah, ona məxsus 1 ədəd daraq və 29 ədəd 5.45 millimetrlik patron aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti