Külək güclənəcək - Xəbərdarlıq

Cəmiyyət Materials 14 May 2026 17:05 (UTC +04:00)
Külək güclənəcək - Xəbərdarlıq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mayın 15-16-da Bakıda və Abşeron yarımadasında, 15-18-də isə bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib.

Trend Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Daşkəsən, Gədəbəy, Göygöl, Samux, Mingəçevir, Yevlax, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Göyçay, Şamaxı, Qobustan, Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Neftçala, Salyan, Lerik, Yardımlı, Kəlbəcər, Laçın, Füzuli, Zəngilanda sarı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 13.9–20.7 m/san təşkil edəcək.

Bərdə, Tərtər, Naftalan, Goranboyda narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyi əsəcək, küləyin sürəti 20.8-28.4 m/san-dək güclənəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti