Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

İdman Materials 15 May 2026 01:12 (UTC +04:00)
Fransa millisinin dünya çempionatı üçün heyəti açıqlanıb

Bakı. Trend:

Futbol üzrə Fransa millisinin dünya çempionatının final mərhələsi üçün heyəti açıqlanıb.

Trend-in məlumatına görə, baş məşqçi Didye Deşam 26 nəfərlik heyətə "Real Madrid"dən Eduard Kamavinqa və PSJ-dən Luka Şevalyeni daxil etməyib.

Qapıçılar: Mayk Menyan (“Milan”, İtaliya), Bris Samba (“Renn”), Roben Risser ("Lans")

Müdafiəçilər: Luka Din (“Everton", İngiltərə), Malo Qyusto (“Çelsi”, İngiltərə), Lukas Ernandes (PSJ), Teo Ernandes (“Əl-Hilal”, Səudiyyə Ərəbistanı), İbrahima Konate (“Liverpul”, İngiltərə), Jül Kunde (“Barselona”, İspaniya), Vilyam Saliba (“Arsenal”, İngiltərə), Dayo Upamekano (“Bavariya, Almaniya), Maksans Lakrua ("Kristal Pelas").

Yarımmüdafiəçilər: Nqolo Kante ("Fənərbağça", Türkiyə), Manu Kone (“Roma”, İtaliya), Maykl Olise (“Bavariya”, Almaniya), Adrien Rabyo (“Milan”, İtaliya), Orelyen Çuameni ("Real Madrid", İspaniya), Uorren Zair-Emeri (PSJ).

Hücumçular: Manes Akliuş (“Monako”), Bradli Barkolya (PSJ), Rayan Şerki ("Mançester Siti", İngiltərə), Jan-Filipp Mateta (“Kristal Pelas”, İngiltərə), Kilian Mbappe (“Real Madrid", İspaniya), Markus Tyuram ("İnter", İtaliya).

Qeyd edək ki, dünya çempionatı iyunun 11-dən iyulun 19-dək 3 ölkədə - ABŞ, Kanada və Meksikada keçiriləcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti