Bakı. Trend:
İsrail ordusu son sutka ərzində Livanın cənubunda “Hizbullah” qruplaşmasına məxsus 20 yaraqlının məhv edildiyini açıqlayıb.
Trend-in məlumatına görə, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Açıqlamada deyilir: “Son 24 saat ərzində İsrail Müdafiə Qüvvələri Livanın cənubundakı bir neçə ərazidə “Hizbullah”a məxsus 65 hədəfə zərbə endirib və 20 yaraqlını məhv edib”.
Bildirilib ki, vurulan hədəflər arasında silah anbarları, müşahidə məntəqələri və komanda mərkəzləri də var.