Çin 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırır

Dünya xəbərləri Materials 15 May 2026 02:14 (UTC +04:00)
Çin 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırır

Bakı. Trend:

Çin Vaşinqton və Pekin arasında aparılan danışıqlardan sonra 200 "Boeing" təyyarəsi sifariş etməyi planlaşdırır.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp "Fox News" telekanalına müsahibəsində deyib.

"Çox yaxşı görüş keçirdik və onlardan bəzi şeylər əldə etdik. Bu gün onun qəbul etdiyi qərarlardan biri 200 təyyarə sifarişidir. Bu, böyük bir məsələdir", - deyə o bildirib.

“"Boeing" 150-yəa ümid edirdi, amma sonda 200 olub. Bu, çoxlu iş yeri deməkdir. Bu, bir növ bəyanat olub, amma düşünürəm ki, bu, bir öhdəlik idi”, - deyə ABŞ prezidenti əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti