Azərbaycanda süni intellekt bacarıqları peşə təhsilində öyrədiləcək

Cəmiyyət Materials 15 May 2026 11:20 (UTC +04:00)
Azərbaycanda süni intellekt bacarıqları peşə təhsilində öyrədiləcək
Əliş Abdulla
Əliş Abdulla
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt və “yaşıl enerji” kimi müasir sahələr peşə təhsili üzrə kurikulumlara daxil ediləcək.

Trend-in əldə etdiyi məlumata görə, bu, Azərbaycan Respublikasında peşə təhsili sisteminin potensialının gücləndirilməsinə dair Tədbirlər Planında öz əksini tapıb.

Belə ki, 2026- 2029-cu illərdə aşağıdakı tədbirlərin həyata keçirilməsi planlaşdırılır:

  • tikiləcək və əsaslı təmir olunacaq peşə təhsili müəssisələrində kadr hazırlığı həyata keçiriləcək peşə ixtisasları üzrə müvafiq sahəyə aid işəgötürənlərin iştirakı ilə təhsil proqramlarının yenilənməsi (yenidən hazırlanması);
  • səriştə əsaslı dual təhsil proqramlarına üstünlük verilməsi;
  • müasir sahələr (rəqəmsal, yaşıl enerji, süni intellekt, kiber təhlükəsizlik və s.) üzrə bacarıqların kurikulumlara daxil edilməsi;
  • bu peşə təhsili müəssisələrində tədris olunacaq peşə ixtisasları üzrə maarifləndirici və stimullaşdırıcı təşviqat tədbirlərinin təşkili.

Yuxarıda qeyd edilən işlərin icrası Elm və Təhsil Nazirliyinə tapşırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası da proseslərdə yaxından iştirak edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti