Bakı. Trend:
Türkiyədə hüquq mühafizə orqanları İstanbul şəhərinin Üsküdar bələdiyyəsində korrupsiya ilə bağlı istintaq çərçivəsində əməliyyat keçirib.
Trend bu barədə Türkiyə mediasına isitnadən xəbər verir.
İstanbul Anadolu Cümhuriyyət Baş Prokurorluğu tərəfindən bələdiyyənin məsuliyyət sahəsindəki tikintilərdə “qanunvericiliyə zidd tikililərin istismara qəbul prosedurlarının təsdiqlənməsi və maddi mənfəət əldə edilməsi” ilə bağlı başladılan istintaq çərçivəsində 7 nəfərin saxlanıldığı bildirilib.
Qeyd edək ki, İstanbul Polis İdarəsinin Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsi tərəfindən, Anadolu Cümhuriyyət Baş Prokurorluğunun koordinasiyası ilə rüşvət və vəzifədən sui-istifadə cinayətləri üzrə aparılan araşdırmalar zamanı, Üsküdar Bələdiyyəsinin məsuliyyət sahəsindəki tikintilərdə istismara qəbul icazəsi üçün müraciətlər zamanı korrupsiya hallarının olduğu müəyyən olunub.
