"Xarıbülbül" festivalına dəvət olunmağın mənim üçün böyük şərəfdir - Elnarə Məmmədova

Cəmiyyət Materials 15 May 2026 17:00 (UTC +04:00)
"Xarıbülbül" festivalına dəvət olunmağın mənim üçün böyük şərəfdir - Elnarə Məmmədova
Vüqar İmanov
Vüqar İmanov
Bütün xəbərlər

Şuşa.Trend:

Şuşada keçirilən “Xarıbülbül” festivalına dəvət olunmaqdan böyük şərəf duyuram.

Bunu Trend-ə "Helikon-Opera"nın (Moskva, Rusiya) solisti, Azərbaycanın əməkdar artisti Elnarə Məmmədova deyib.

Müğənni etiraf edib ki, Şuşaya səfər onun üçün uşaqlıq xatirələri və anasının arzusu ilə bağlı dərin şəxsi və rəmzi hadisəyə çevrilib.

“Mənim sadəcə sözüm yoxdur. Uşaqlıq illərimi xatırlayıram. Azərbaycan tarixi dərsliklərində Şuşa qalasının şəklini görürdüm və hər il anamdan soruşurdum: “Artıq ora gedə bilərik” Anam isə həmişə həsrətlə cavab verirdi: “Mütləq ora gedəcəksən. Hətta orada mahnı da oxuyacaqsan”, – deyə Elnarə Məmmədova bildirib.

Sənətçinin sözlərinə görə, onun Şuşaya ilk səfəri artıq həyatda olmayan anasının doğum gününə təsadüf edib və bu da səfərə xüsusi emosional məna qatıb.

“Dünən anamın ad günü idi və mən ilk dəfə Şuşaya gəldim. Bu, mənim üçün ikiqat xüsusi andır. Sanki bu şəhəri həm də onun gözləri ilə görürəm”, – deyə müğənni qeyd edib.

Elnarə Məmmədova vurğulayıb ki, Qarabaq torpağında olmağın yaratdığı hissləri hələ də tam şəkildə dərk edə bilmir.

“Bəzən harada olduğumu belə tam anlaya bilmirəm - doğma torpaqda öz ayaqlarımla dayandığımı hiss edirəm. Mənim üçün belə bir festivala dəvət almaq unudulmaz hadisə və böyük şərəfdir”, – deyə sənətçi bildirib.

Qeyd edək ki, mayın 14-də Şuşa şəhərində, Cıdır düzündə IX “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı keçirilib. Festival Heydər Əliyev Fondu və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən təşkil olunub.

İki gün ərzində Şuşa şəhərinin müxtəlif məkanlarında konsertlər və mədəni tədbirlər keçiriləcək. Festival mədəniyyətlərarası dialoqun inkişafına, musiqi əlaqələrinin möhkəmləndirilməsinə və müxtəlif ölkələrdən olan sənətçilər arasında yaradıcılıq mübadiləsinə yönəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti