Çin Tayvanın müstəqil olmasını görmək istəmir - Tramp

Dünya xəbərləri Materials 16 May 2026 05:57 (UTC +04:00)
Çin Tayvanın müstəqil olmasını görmək istəmir - Tramp

Bakı. Trend:

Çin Tayvanın müstəqil olmasını görmək istəmir.

Trend xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp “Fox News”a müsahibəsində deyib.

O, vəziyyətin status-kvo olaraq qalması halında Çinin heç nə etməyəcəyini düşündüyünü bildirib. “Lakin etsələr, yəqin ki, olduqca sərt bir şey edəcəklər və sonra onlara sərt cavab veriləcək və pis şeylər baş verəcək”,- deyə Tramp əlavə edib.

Tramp, həmçinin onun prezident olduğu müddətdə Çin liderinin Tayvana qarşı hər hansı bir aqressiv addım atmayacağını düşündüyünü deyib.

Xəbər lenti

Xəbər lenti