"ING Group" Azərbaycanda inflyasiya proqnozlarını yeniləyib

İqtisadiyyat Materials 15 May 2026 15:22 (UTC +04:00)
"ING Group" Azərbaycanda inflyasiya proqnozlarını yeniləyib
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Niderlandın "ING Group" bank qrupunun qiymətləndirmələrinə görə, Azərbaycanda inflyasiya 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,4% və 5,2% səviyyəsində gözlənilir.

Bu barədə Trend quruma istinadən xəbər verir.

Qurumun proqnozuna görə, Azərbaycanda inflyasiya 2026-cı ilin 1-ci rübündə 5,7%, 2-ci rübdə 5,5%, 3 və 4-cü rüblərdə 5,2% olacaq.

Eyni zamanda 2027-ci ilin rüblər üzrə proqnozlarına görə isə Azərbaycanda inflyasiya gələn ilin ilk rübündə 5%, 2 və 3-cü rüblərdə 5,3%, 4-cü rübdə isə 5,4% olacaq.

Niderlandın "ING Group" bank qrupunun bundan əvvəlki qiymətləndirmələrinə görə isə, Azərbaycanda inflyasiyanın 2026 və 2027-ci illərdə müvafiq olaraq 5,2% və 5,1% səviyyəsində olacağı proqnozlaşdırılmışdı. Beləliklə, qurumun əvvəlki proqnozu ilə müqayisədə Azərbaycanda inflyasiya gözləntiləri 2026-cı il üzrə 0,2 faiz bəndi, 2027-ci il üzrə isə 0,1 faiz bəndi artıb.

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının may proqnozlarına əsasən, ölkədə 2026 və 2027-ci illərdə illik inflyasiyanın hədəf diapazonunda (4±2%) qalacağı və müvafiq olaraq 5.9% və 4.5% olacağı proqnozlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti