İnklüziv iştirak dayanıqlı və güclü şəhərlərin qurulması üçün əsas şərtidir - Anar Quliyev

Cəmiyyət Materials 17 May 2026 15:05 (UTC +04:00)
İnklüziv iştirak dayanıqlı və güclü şəhərlərin qurulması üçün əsas şərtidir - Anar Quliyev
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Bakı. Trend:

İnklüziv iştirak dayanıqlı və güclü şəhərlərin qurulması üçün əsas şərtidir.

Trend xəbər verir ki, bunu Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri, WUF13 üzrə milli koordinator Anar Quliyev WUF13 çərçivəsində keçirilən toplantıların birgə açılışı zamanı deyib.

“Biz hesab edirik ki, inklüziv iştirak daha güclü və dayanıqlı şəhərlərin qurulması üçün mühüm əhəmiyyət daşıyır”, – deyə o bildirib.

A.Quliyevin sözlərinə görə, bu toplantılar forumun gündəliyinin formalaşdırılmasına kömək edir və WUF13 çərçivəsində aparılan müzakirələrdə və yekun nəticələrdə qadınların, uşaqların, gənclərin, vətəndaş cəmiyyətinin, özəl sektorun və yerli idarəetmə orqanlarının səslərinin tam şəkildə əks olunmasını təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti