WUF13 çox yüksək səviyyədə təşkil olunub - "Altyn Kanun" təsisçisi (ÖZƏL)

İqtisadiyyat Materials 18 May 2026 12:09 (UTC +04:00)
WUF13 çox yüksək səviyyədə təşkil olunub - "Altyn Kanun" təsisçisi (ÖZƏL)
Alyona Pavlenko
Alyona Pavlenko
Bütün xəbərlər

Bakı.Trend:

Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çox yüksək səviyyədə təşkil olunub.

Bunu Türkmənistanın “Altyn Kanun” hüquq şirkəti təsərrüfat cəmiyyətinin təsisçisi Kərim Akmamedov WUF13 çərçivəsində Trend-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, Türkmənistandan gələn nümayəndə heyəti həm forumun təşkilatçılığından, həm də Bakının özündən böyük təəssürat alıb.

“Forum çox yüksək səviyyədə təşkil olunub. Hər bir ölkə öz stendini təqdim edib və hər stenddə yeni nələrsə görmək mümkündür. Biz də öz nailiyyətlərimizlə gəlmişik. Biz sıfırdan inşa edilmiş və artıq çoxsaylı beynəlxalq mükafatlar qazanmış müasir rəqəmsal şəhər olan Arkadağ şəhərini təmsil edirik”, – deyə o qeyd edib.

Kərim Akmamedov Azərbaycan paytaxtının sakinlərinin qonaqpərvərliyini ayrıca vurğulayıb.

“Biz Bakı xalqını çox bəyənirik. Buradakı insanlar çox qonaqpərvərdirlər, hər zaman kömək etməyə çalışırlar. Biz Bakıda olmaqdan məmnunuq və Azərbaycana rifah arzulayırıq. Azərbaycanlılar və türkmənlər qardaş xalqlardır”, – deyə o bildirib.

Akmamedov, həmçinin iki ölkə arasında əməkdaşlığın inkişafını qeyd edib və nümayəndə heyəti tərkibində Füzuliyə səfər etdiklərini bildirib.

“Dünən biz Füzuliyə səfər etdik və Türkmənistan Xalq Şurasının sədri Qurbanqulu Berdiməhəmmədovun adına olan xeyriyyə fondunun maliyyələşdirdiyi məscidin tikintisi ilə tanış olduq. Yerli hakimiyyət böyük dəstək göstərir. Biz istəyirik ki, bu məscid Azərbaycan xalqının xeyrinə xidmət etsin”, – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti