Bakı. Trend:
Bu forumdan konkret qərarlar çıxmalı və real nəticələr verən addımlara çevrilməlidir.
Bunu çərçivəsində Afrika regionu üzrə Beynəlxalq İştirakçı Demokratiya Rəsədxanasının baş katibi Bəşr Kanute Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.
O bildirib ki, forumda iştirak etməkdən məmnundur və tədbirin təşkilatçılığını müsbət qiymətləndirir. Onun sözlərinə görə, ilk təəssüratları çox yaxşıdır və Bakıda keçirilən forum yüksək səviyyədə təşkil olunub.
Bashir Kanute forumdan əsas gözləntisinin konkret nəticələrin əldə olunması olduğunu vurğulayıb:
“Gözləntim odur ki, bu forumdan konkret qərarlar çıxsın və həmin qərarlar tətbiq oluna bilən, real nəticələr verən addımlara çevrilsin. Yalnız böyük niyyətlərin ifadə olunduğu görüşlər deyil, praktik və icra oluna bilən fəaliyyətlər olmalıdır".
O, həmçinin Azərbaycana ilk dəfə səfər etdiyini qeyd edərək Bakını çox gözəl şəhər kimi xarakterizə edib və ölkəni müsbət təəssüratla tərk etdiyini bildirib.
