SOCAR-ın prezidenti Keniya Respublikasının Prezidenti ilə görüşüb

Energetika Materials 18 May 2026 12:49 (UTC +04:00)

Bakı. Trend:

Mayın 18-də SOCAR-ın prezidenti Rövşən Nəcəf Keniya Respublikasının Prezidenti Uillyam Samoei Ruto ilə görüşüb.

Bu barədə Trend-ə SOCAR-dan məlumat verlib.

Bildirilib ki, görüşdə Keniya Prezidentinə SOCAR-ın strateji hədəfləri, Azərbaycanda və onun hüdudlarından kənarda həyata keçirdiyi enerji layihələri barədə ətraflı məlumat verilib.

Söhbət zamanı enerji sektorunun müxtəlif istiqamətlərində əməkdaşlıq imkanları nəzərdən keçirilib, insan kapitalının inkişafı, təcrübə mübadilələrinin aparılması və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti