Nəsillər arasında dialoq gücləndirilməlidir - Conatan Riki (ÖZƏL)

Cəmiyyət Materials 18 May 2026 10:25 (UTC +04:00)
Nəsillər arasında dialoq gücləndirilməlidir - Conatan Riki (ÖZƏL)
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Mövcud qlobal mənzil təminatı böhranından ən çox uşaqlar və gənclər zərər görür.

Bunu Trend-ə açıqlamasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində BMT-Habitatın Gənclər Məsləhət Şurasının üzvü və “Davamlı Afrika üçün Gənc Afrikalılar” təşkilatının icraçı direktoru Conatan Riki bildirib.

O, əvvəlcə bu möhtəşəm platformanı yaratdığı üçün UN-Habitat-a, Məskunlaşma Proqramına və Azərbaycan hökumətinə minnətdarlığımı bildiririb:

"Uşaq və gənclərə danışıq platformalarının təqdim olunmasına xüsusi əhəmiyyət verilməlidir. Gənclər istəyirlər ki, müzakirələr praktik addımlarla nəticələnsin. Əsas qərarların verilməsində onların iştirak etməməsi ciddi problemlər yaradır.

Biz gənclərin nazirlərlə və qərarvericilərlə fikir mübadiləsi aparmasını, onlarla davamlı dialoq qurulmasını istəyirik. Gələcək uşaqlara və gənclərə məxsusdur və liderlər bu məsələlərə xüsusi diqqət yetirməlidirlər.

Uşaqyönümlü və gəncyönümlü planların həyata keçirilməsi vacibdir. Mövcud baryerlər aradan qaldırılmalıdır. Bakı Hərəkət Çağırışına əsaslanan tövsiyələrimizdən biri də odur ki, şəhərsalma planlamasında gənclərin və uşaqların fikirləri, qərarları adekvat şəkildə nəzərə alınsın. Eyni zamanda, gənclər tərəfindən təşəbbüs göstərilən və rəhbərlik olunan siyasətlərin daha da gücləndirilməsinin tərəfdarıyıq", - deyə o qeyd edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti