Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib

Cəmiyyət Materials 18 May 2026 10:43 (UTC +04:00)
Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edilib
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı. Trend:

Sərnişin tələbatını təmin etmək məqsədilə 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir.

Trend xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti məlumat yayıb.

Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya "ADY Mobile" tətbiqindən əldə etmək mümkündür.

Qeyd edilib ki, bu istiqamətlər üzrə Bakı-Qazax-Bakı marşrutu ilə də gündəlik səfərlər təşkil olunur.

Qatarlar saat 09:15-də Bakıdan Ağstafaya, 15:00-da isə Ağstafadan Bakıya hərəkət edəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti