Bakı. Trend:
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) beynəlxalq əməkdaşlığın gücləndirilməsi və dayanıqlı şəhər inkişafı sahəsində təcrübə mübadiləsi üçün yeni imkanlar açır.
Bu barədə Trend-ə Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının (WUF13) kulisində Seneqalın Yeni Şəhərlərin Təşviqi üzrə Baş Nümayəndəliyinin texniki müşaviri Sila Abdullahi bildirib.
"Burada olmaqdan çox məmnunuq. Forumun Bakıda təşkili yüksək səviyyədədir. Ümid edirik ki, bu tədbir forumda təmsil olunan bütün ölkələr üçün çoxlu imkanlar yaradacaq", — deyə o qeyd edib.
Seneqal rəsmisi həmçinin müasir və dayanıqlı şəhərlərin inkişafı məsələlərinə dair beynəlxalq dialoqun vacibliyini vurğulayıb və qeyd edib ki, bu cür platformalar dövlətlər arasında qabaqcıl təcrübələrin mübadiləsinə töhfə verir.
