Mənzil məsələsi qlobal miqyasda daha ciddi şəkildə gündəmə gətirilməlidir - Nigeriyalı nümayəndə (ÖZƏL)

Cəmiyyət Materials 18 May 2026 11:04 (UTC +04:00)
Mənzil məsələsi qlobal miqyasda daha ciddi şəkildə gündəmə gətirilməlidir - Nigeriyalı nümayəndə (ÖZƏL)
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Mənzil məsələsi qlobal miqyasda daha ciddi şəkildə gündəmə gətirilməlidir

Bunu Nigeriyanın Federal Paytaxt Ərazisində (FCT) fəaliyyət göstərən Əmlak İnkişafçıları Assosiasiyasının sözçüsü Dr. Franklin Ajayi Bakıda keçirilən WUF13 çərçivəsində Trend-ə açıqlamasında deyib.

Franklin Ajayi bildirib ki, mənzil və yaşayış məsələləri qlobal miqyasda daha ciddi şəkildə gündəmə gətirilməli və bu sahədə ölkələr arasında təcrübə mübadiləsi genişləndirilməlidir. Onun sözlərinə görə, forum müxtəlif ölkələrdən olan mütəxəssislərə ideyaları bölüşmək və “mənzil məsələsini insanlıq üçün daha yaxşı səviyyəyə çatdırmaq” imkanı yaradır.

O qeyd edib ki, forumda səsləndirilən fikir və təcrübələrdən yararlanaraq ölkəsinə qayıdacaq və əldə etdiyi bilikləri Nigeriyada mənzil sektorunun inkişafına yönəltməyə çalışacaq.

Dr. Franklin Ajayi, həmçinin Azərbaycanın təşkilatçılığını yüksək qiymətləndirib:

"Bakı gözəl şəhərdir, ölkə isə ümumilikdə səmimi və qonaqpərvər insanlara sahibdir. Tədbirin uğurla keçirilməsi üçün Azərbaycanın göstərdiyi ciddi səylər aydın şəkildə hiss olunur".

Məqalədə:

Xəbər lenti

Xəbər lenti